Newscenter.az.30.06.2020. İranın paytaxtı Tehranın şimalındakı klinikalardan birində baş vermiş partlayış və yanğın nəticəsində azı 13 nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə həkimlərə istinadən “Fars” agentliyi bildirib.
Qeyd edilir ki, hadisə zamanı daha altı nəfər yaralanıb.
Daha əvvəl yerli KİV Tehrandakı Şəriəti küçəsində tibbi klinikada partlayış və yanğının baş verməsi haqqında bildirib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.