Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyanın antiRusiya siyasəti



Newscenter.az.1.07.2020. “Ermənistanda bütün sahələrdə anti-Rusiya siyasəti davam edir. Rusiyanın əsas ruporu olan televiziya kanallarının bu ölkədə analoqu yayımı dayandırılır”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, baş nazir Nikol Paşinyan birbaşa göstərişi ilə parlamentdə yeni qanun qəbul ediləcək:

“Bundan sonra Rusiya Tv.kanallarının yayımı icazə ilə reallaşacaq. Artıq Yerevanda Rusiya səfiri yeni qərara öz etirazını bildirib. Baş nazir Nikol Paşinyanın Baş nazirlik müddəti uzanarsa, ölkəsində Rusiya hərbi bazasının çıxarılmasına gedəcək. Bununla bağlı Paşinyanın ətrafı bir neçə dəfə məsələ qaldırıb. Amma, birbaşa Paşinyanın göstərişini gözləyirlər. Göründüyü kimi işğalçı ölkədə Paşinyan Rusiyaya qarşı siyasətini davam etdirir. Qeyd edim ki, Moskvanın "Çiçəklənən Ermənistan” Partiyasına və onun sədri Q.Çarukyana dəstəyi, Baş naziri Moskvaya qarşı daha radikal addımlar atmağa sövq edib”.

Politoloq deyib ki, Moskva daima informasiya siyasətinə və onun əsas bazası olan tv.kanallarının yayımına xüsusi yanaşıb və forpostu olan bir ölkə onun bu siyasətini bloklayır:

“Artıq Rusiya fərqində olmalıdır ki, ermənilər fürsət düşən kimi Rusiyanı Qərbə satır. Təssüf ki, Kreml hələ də bu siyasəti görməzdən gələrək problemi Paşinyanda görür. Nikol Paşinyan Ermənistanda rusfobiya siyasətini uğurla davam etdirərək, ölkəsinə gələn Rusiya emissarlarını qəbul etmir. "İnqilabçı" Baş nazir Konstitusiyada dəyişikliklər edərək öz hakmiyyətini möhkəmləndirərək dövlət sistemində Qarabağ klanın üzvülərini neytrallaşdırır, həmçinin Robert Koçaryan və Serj Sarkisyan tandeminin yenidən dirçəlməsinə imkan tanıması mümkün deyil. Əlbəttəki, Konstitusiya dəyişiklikləri ilə Paşinyan ölkəsində avtoritar rejimi qurmaqla, tək hakmiyyəti əlində cəmləşdirməklə, vəd etdiyi demokratik islahatların üstündən xətt çəkmiş oldu. Qərb Paşinyanın siyasətinə ona görə etiraz etmir ki, təməldə anti-Rusiya siyasəti dayanır”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Ermənistanda Paşinyan hakmiyyətdə qalıb Rusiyanın təsirini azalda bilərsə, Azərbaycan üçün yeni imkanlar yarana bilər:

“Artıq Qarabağ münaqişəsi bir neçə aydan sonra Rusiyanın əleyhinə işləyəcək. Çünki müdafiə etdiyi və işğalçı siyasətinə dəstək verdiyi Ermənistanda anti-Rusiya isterikası dövlət siyasətidir və bu onun Ermənistandan uzaq olmayan vədədə çıxarılmasına hesablanıb. Bəli, Ermənistanda Rusiyanın dayaqları laxladılsa, bu ölkənin Qarabağ münaqişəsinin nizamlanmasında təsiri azalacaq. Azərbaycan meydanda Ermənistanla qarşı-qarşıya dayanacaq. Əlbəttə ki, Yerevanda da bunu yaxşı anlayırlar. Bəlkə, rəsmi Bakının hələ də səbr etməsində bu amil dayanıb. Rusiyada boş dayanmayıb, amma Moskvanın Ermənistanda fəaliyyəti bundan sonra uğurlu olmayacaq. Nəticədə, bizim üçün döyüş meydanı hazır ola bilər. Rəsmi Bakı öz ordusunu hazır vəziyyətdə saxlamalı və bütün ssenarilərə hazır olmalıdır. Çünki, Ermənistanda siyasi vəziyyət mürəkkəbdir”.

Mehman
Xəbəri paylaş