Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA 84 obyektdə pozuntu aşkar etdi



Newscenter.az.3.07.2020. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 60 ictimai iaşə obyekti, 171 ərzaq satışı mağazası olmaqla ümumilikdə 231 müəssisədə reyd keçirib.

AQTA-dan Newscenter.az-a verilən məlumata görə, sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 84-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb.

Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

◾ Bakı şəhəri üzrə
“Laçın”, “Oba”, “Nuray”, “Al market”, “Oba”, “Yeni şəhər”, “Dünya”, “Bax belə”, “Elman”, “Ay”, “Yeni”, “Bazarstore”, “Leyla”, “Bazarstore”, “Araz supermarket”, “Qasım” ərzaq mağazaları, Məmmədova Rufa Ələddin qızına, Əzizov Ramil Fərruxpaşa oğluna, Sədrayeva Xuraman Xoşbəxt qızına, Rəhmətov Abı Məti oğluna, Ağayev Sadiq Taleh oğluna, Şıxıyev Rəşadət Kamal oğluna, Əsədov Orxan Babaverdi oğluna, Quliyeva İradə Kamal qızına, Mirzəyev Bəhruz Qurban oğluna məxsus marketlər

Digər rayon və şəhərlər üzrə:
◾ Sumqayıt şəhərində “Ordubad”, “Sərfəli”, “Məhlə” və “Taleh” marketlər
◾ Xaçmaz rayonunda Mehyəddinov Nicat Ənvər oğluna, Həsənov İlkin Elmiyar oğluna, Əzizov Nizaməddin Şirinbala oğluna məxsus kafelər, Müslümov Emin Ağasıbala oğluna məxsus ərzaq mağazası
◾ İsmayıllı rayonunda “Bolluq”, “Orxan” marketlər, Abdullayev Çingiz Məmmədağa oğluna, Ramazanov Nahid Maarif oğluna, Atayev Ağasəf Əsəd oğluna, Əhmədov Sənan Kəbleyi oğluna məxsus kafelər, Hüseynov Elşən Eldar oğluna, Osmanov Sadiq Haqverdi oğluna, Salmanov Rəfail Həmid oğluna məxsus ət satışı mağazaları, Bayramova Ellada Əlisahab qızına məxsus şirniyyat mağazası
◾ Ağsu rayonunda Şirəliyev Sadiq İlham oğluna, Fətiyev Şahin Fəti oğluna məxsus ərzaq mağazaları
◾ Kürdəmir rayonunda “Bolmart”, “Qardaşlar” marketlər, Cəbrayılov Elxan Rəhim oğluna məxsus ərzaq mağazası
◾ Şamaxı rayonunda “Səid” market, Şirinov İlqar Durqardaş oğluna, Musayev Hikmət Sovqat oğluna və Hacıyev Paşa Hacgül oğluna məxsus ət satışı mağazaları
◾ Sabirabad rayonunda “Oba” və “Al” marketlər və Əliyev Müşfiq Səhrab oğluna məxsus ərzaq mağazası
◾ Bərdə rayonunda “Yaşıl Tac” kafe, Fətullayev Knyaz Savalan oğluna, Nadirov Amil Bəbir oğluna, Qafarov Mübariz Süleyman oğluna, Rəsulzadə Taleh Sahib oğluna məxsus kafelər və Mürsəlov Pərviz Əziz oğluna məxsus ərzaq mağazası
◾ Yevlax rayonunda Abdullayev Etibar Surxay oğluna, Əliyeva Elmira Şəmil qızına, Əlihəsənov İqbal Heydər oğluna, Sadıqzadə Orxan Hüseyn oğluna, Abdullayev Anar Tahir oğluna, Məmmədov Rəhim Nəbi oğluna məxsus marketlər
◾ Qəbələ rayonu, Zarağan kəndində “Bazarstore”, Qafarlı Anar Rafəddin oğluna məxsus market
◾ Zaqatala şəhərində “Bazarstore”
◾ Şəki şəhərində Səlimov Vüqar Nəcbəddin oğluna məxsus “Miraj” ərzaq mağazası
◾ Qax rayonunda “Oba” market
◾ Lənkəran şəhərində “Refem” və “Aura” ərzaq mağazaları
◾ Gəncə şəhərində “Əminə-Premium” və “Sultan” ərzaq mağazaları
◾ Gədəbəy rayonunda “Qaya”, “Qala”, “Qoşa bulaq”, “Bala Narzan” kafeləri
◾ Şəmkir rayonunda “Xəmsə”, “Kür balığı”, “Yaşıl”, “Ceyhun” və “Ocaq” kafeləri, “Natiq” ərzaq mağazası

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Orxan
Xəbəri paylaş