Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Su qıtlığı pandemiya-karantin şəraitində ölkəmizi ən çox təhdid edən məsələlərdən biridir



Newscenter.az.3.07.2020. "Su qıtlığı pandemiya-karantin şəraitində ölkəmizi ən çox təhdid edən məsələlərdən biridir. Azərbaycanın aparıcı su qovşaqları, bol su mənbələri sayılan Kür və Araz çaylarında qurumanın baş verməsi cəmiyyət olaraq bu aralar bizim hamımız üçün əsl sürpriz oldu. Amma əlbəttə ki, pis sürpriz oldu. Mən indi bu çayların su resurslarının birdən-birə niyə tükənməsinin səbəbləri barədə uzun müzakirə açmaq, təhlillər aparmaq və müxtəlif versiyalar irəli sürmək istəmirəm. Çünki ekspertlərimiz onsuz da bu barədə kifayət qədər danışıblar".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, bu gün əsas məsələ bu və ya digər səbəblər üzündən yaranmış su qıtlığını necə aradan qaldırmağın yollarını axtarıb tapmaq olmalıdır:

"Bəli, bütün diqqətimizi məhz buna yönəltməliyik. Hesab edirəm ki, bu məsələnin həlli üçün ilk növbədə fövqəladə komissiya yaradılmalıdır. Sözügedən komissiya təcrübəli mütəxəssislərdən və əlaqədar qurumların rəsmilərindən təşkil olunmalıdır. Bu komissiya təcili surətdə problemin səbəblərini müəyyən etməli və həlli yollarını göstərməlidir. Aidiyyatı dövlət qurumları yubanmadan fövqəladə komissiyanın təklif etdiyi həll yollarının icrasına başlamalıdırlar".

Partiya sədri hesab edir ki, əks təqdirdə, yaranmış su qıtlığı isti yay günlərinə təsadüf edən sıxıntılı karantin şəraitində paytaxtda və bölgələrdə sanitar-epidemioloji vəziyyətin pisləşməsinə, cürbəcür yoluxucu xəstəliklərin baş qaldırmasına səbəb ola bilər. Eyni zamanda kənd təsərrüfatımız üçün, fermerlərimiz üçün, eləcə də adi vətəndaşlarımız üçün ciddi problemlər yarana bilər. Odur ki, su siyasətimizə diqqəti artırmalı və yeni yanaşma ortaya qoymalıyıq.

Anar
Xəbəri paylaş