Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İqtisadiyyat Nazirliyi 5 059 obyektdə sanitar-epidemioloji pozuntular aşkarladı



Newscenter.az.4.07.2020. İqtisadiyyat Nazirliyi xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə monitorinqləri davam edir.

Nazirlikdən verilən məlumata görə, iyulun 3-də keçirilmiş monitorinqlər zamanı Binəqədi rayonunda “Dadaş Market”də, "Oba market"də, “SAF un məmulatları” mağazasında, "AL market”də, “Orxan market”də, “Ağsu market”də, "Gənc" tikinti malları mağazasında, “Alman malları” mağazasında, “Duyğu türk geyimləri” mağazasında, “Zeytun Aptek”də, “Dokta Aptek”də, “Neyron aptek”də, “Sfera optika” aptekində, “Optika” aptekində, “Bahar Lahmacun”da, Bəxtiyar Cəbrayılova məxsus “Xırdavat mağazası”nda, Zülfüqar İlyasova məxsus “Elektrik avadanlıqları satışı mağazası”nda, İsa Mehdiyevə məxsus “Xırdavat mağazası”nda, Səbuhi Mahmudova və Rövşən Babayevə məxsus tikinti malları mağazalarında, Ramin Cabbarova məxsus “Şaurma” ictimai iaşə obyektində, "Azəri Med" MMC-yə məxsus “Aptek”də, "Buta Farm" MMC-yə məxsus aptekdə, Vadim Səfərliyə məxsus “Kimyəvi təmizləmə”də, Nərimanov rayonunda “Ünlü Boya”, “Rumid”, “Gold lighting”, “Mətin xırdavat”, “Dəmir Döküm”, “ABAU inşaat”, “Dossa” mağazalarında, Rasim Sərvəliyevə məxsus “Şərab evi”ndə, Anar Hümbətəliyevə məxsus “Avtoehtiyat hissələri”, Şahin Aslanova məxsus “Elektrik malları”, İslam Eyvazova məxsus “Xırdavat”, Roman Əhmədova məxsus “Qapı aksessuarları” mağazalarında, Nəsimi rayonunda “Araz market”də, “Ağ çiçəyim gül mağazası”nda, “Elvin Market”də, “N&N market”də, Namiq Məmmədova məxsus “Ordubad quru meyvələri satışı” dükanında, Əfsər Mustafayevə, Məhərrəm Zeynalova və Kamran Əhmədova məxsus “Qarışıq mallar mağazası” pərakəndə ticarət obyektlərində, Elgün Ənvərliyə məxsus “Şərab evi”ndə, Nizami rayonunda “Tural Market”də, “İsalı market”də, “Rusiya Market”də, “Bolmart”da, “Emil Market”də, Nihayət Əliməmmədovaya və Neymət Məmmədhəsənova məxsus “Xırdavat” dükanlarında, Elvin Cəfərova məxsus “Mobil telefonların və aksessuarların təmiri” xidmət obyektində sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Bununla yanaşı, Gəncə şəhərində “NN market”də, “Əminə market”də, “Meridian” mebel temiri və sifarişi obyektində, Şəkidə “Sərfəli Market”də, Əfqan Mirzəliyevə məxsus “PVC plastik qapı-pəncərə sexi”ndə, Xaçmaz rayonunda "555 aptek”də, "Smart home məişət avadanlıqları satışı mağazası”nda, "Afrodita parfümeriya satışı” mağazasında, "City Men" və "Karona bilyard klubu” xidmət obyektlərində, Quba rayonunda "Personal shop"da, Şamaxı rayonunda “Səid Market”də, “VİP Market”də, “Avanqard Mebel” mağazasında, Füzuli rayonunda Sadiq Teymurova məxsus “Tikinti materialları və xırdavat” mağazasında, Səid Yusifzadəyə məxsus “Çayxana”da, Hüsniyyə Bayramovaya məxsus “Market”də, ümumilikdə, monitorinq aparılmış 796 obyektin 594-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Nazirliyin əməkdaşları nəzarət tədbirləri zamanı xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyini bir daha sahibkarların diqqətinə çatdırıb və tələblərin pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırıblar.

Qeyd edək ki, mayın 22-dən iyulun 4-dək monitorinq aparılmış 10 548 sahibkarlıq subyektindən 5 059-da zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.
Xəbəri paylaş