Newscenter.az.11.07.2020. Hazırkı dövrədək ölkəmizdə 23 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 14 607 nəfər müalicə olunaraq sağalıb, 298 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 616 nəfərdir.
Newscenter.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 045 test aparılıb, bununla da ötən müddət ərzində aparılan testlərin sayı 560 356-ya çatıb.