Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sərt karantin rejimi daha iki həftə uzadılacaq



Newscenter.az.16.07.2020. Azərbaycanın bir sıra şəhər və rayonlarında tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimi yenidən iki həftə uzadılması nəzərdə tutulub.

Bu barədə Prezidentin köməkçisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov Azərbaycan Televiziyasının efirində çıxışı zamanı bildirib.

"Təəssüf hissi ilə deməliyəm ki, Operativ Qərargahda bir çox müzakirələrdən sonra karantin rejiminin uzadılması haqqında və onun uzadılmasının qaçılmaz olduğu haqqında müəyyən qərarlar qəbul edilib. Karantin rejiminin əlavə 2 həftə - 15 gün uzadılması nəzərdə tutulub. Buna məcburuq", deyə Ş.Mövsümov deyib.
Xəbəri paylaş