Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə pandemiya qurbanlarının sayı 5 440 nəfərə çatdı



Newscenter.az.16.07.2020. Türkiyədə son sutkada daha 21 nəfər koronavirusdan ölüb.

“Report” xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 5 440 nəfərə çatıb.

Fahrettin Kocanın sözlərinə görə, bu gün COVID-19-a 933 yoluxma qeydə alınıb. Beləliklə, Türkiyədə koronavirus xəstələrinin ümumi sayı 216 873 nəfərə çatıb.

Məlumata görə, bu gün 1 087 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Pandemiya ərzində Türkiyədə koronavirusdan sağalanların sayı 198 820 nəfərdir.
Xəbəri paylaş