Newscenter.az.18.07.2020. İndiyədək ölkədə ümumilikdə 27 133 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Newscenter.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, onlardan 18 450 nəfər müalicə olunaraq sağalıb, 349 nəfər vəfat edib, 8 334 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 263, ötən müddət ərzində isə ümumilikdə 619 786 test aparılıb.