Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xanım deputatlar şəhid general-mayor və polkovnikin ailələrini ziyarət etdilər-FOTOLAR



Newscenter.az.18.07.2020. Bu gün dəyərli həmkarlarım Məlahət İbrahimqızı və Jalə Əhmədova ilə birlikdə üçrəngli bayrağı qürur və əzəmətlə zirvələrdə dalğalanan müstəqil dövlətimizin ərazi bütövlüyünün qorunması kimi müqəddəs amal və məqsəd uğrunda qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə yüksəlmiş zabitlərimizin – general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət etdik.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım səsləndirib. O, bildirib ki, vətən yolunda böyük şücaət və rəşadət nümunəsi ortaya qoyan qəhrəman zabitlərimizin ailələrinə başsağlığı verib, dərtlərinə şərik olublar:

"Azərbaycan xalqının onlarla iftixar etdiyini qürurla ifadə etdik. Qətiyyətlə vurğuladıq ki, onlar adlarını şanlı tariximizin əbədiyyət səhifələrinə qızıl hərflərlə yazıblar! Şəhid anaları ziyarət zamanı övladları haqqında bir çox xatirələrini bizimlə bölüşdülər. General-mayor Polad Həşimovun anası Səmayə ana qəhrəman şəhidimizin uşaqlıq xatirələrindən, keçdiyi şərəfli ömür yolunun ən mühüm məqamlarından bəhs etdi. Həqiqətən, qəhrəmanlarımızın yetişməsində, şəxsiyyət kimi formalaşmasında Səmayə ana və Gülnarə ananın böyük rolu olduğunu gördük. Həm xalqımız, həm də Bərdə camaatı adından baş sağlığımızı şəhid ailələrinə çatdırdıq. Qoy xain düşmən bilsin ki, Azərbaycan xalqının hələ çox Poladları və İlqarları vardır. Vətən qəhrəman övladları ilə hər zaman qürur duyur! Bir daha ruhunuz qarşısında baş əyirik, allahdan rəhmət diləyirik!".

Anar
Xəbəri paylaş