Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda koronavirusa yoluxanların sayı 27,5 mini ötdü



Newscenter.az.19.07.2020. Azərbaycanda indiyədək ümumilikdə 27 521 nəfərin COVID-19-a yoluxması müəyyən edilib.

Newscenter.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd edilir ki, onlardan 18 967 nəfər müalicə olunaraq sağalıb, 354 nəfər təhlükəli virusdan dünyasını dəyişib. Bununla yanaşı, daha 8 200 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.

Məlumata görə, son gün ərzində COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 095 test aparılıb. Bununla da koronavirusla bağlı aparılan testlərin sayı 627 881-ə çatıb.
Xəbəri paylaş