Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DSMF Gədəbəy rayon şöbəsində baş verən qanunsuzluqlar barədə baş prokurora müraciət edildi



Newscenter.az.19.07.2020. Gədəbəy rayon Arıqıran kənd sakini Zaur Qənbərov DSMF Gədəbəy rayon şöbəsində baş verən qanunsuzluqlar barədə baş prokurora müraciət edib.

Newscenter.az həmin müraciəti təqdim edir:

Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Kamran Əliyevə

Hörmətli, cənab baş prokuror!

Bu yüksək vəzifəyə təyin edilərkən ölkə başçısı sizin qarşınızda bir sıra vəzifələr qoydu. Onlardan biri də, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi idi. Sizin təyinatınız və cənab İlham Əliyevin sizə verdiyi məlum tapşırıqlar xalqımızda, eyni zamanda bir vətəndaş olaraq şəxsən məndə korrupsiyaya qarşı mübarizənin genişlənəcəyinə dair böyük ümidlər yaratdı. Bu ümidlərin təsiri altında bir neçə dəfə sizə Gədəbəy rayonunda, habelə

DSMF Gədəbəy rayon şöbəsində baş verən qanunsuzluqlar barədə təkzibolunmaz faktlarla müraciət etdim. Axırıncı müraciətimdən xeyli müddət keçməsinə baxmayaraq, qeyd etdiyim faktlarla bağlı hər hansı araşdırılma aparılmır. Sanki naməlum bir qüvvə sizə bu araşdırmanı aparmaga imkan vermir. Buna baxmayaraq, mən yenidən həmin faktları sizə təqdim edərək xahiş edirəm ki, göstərilən faktların araşdırılıb aradan qaldırılmasini və günahkar şəxslərin qanun qarşısında cavab verməsini təmin edəsiniz.

1. DSMF-nin Gədəbəy rayon şöbəsinin müdiri Elsun Xudaverdiyev vəzifəsindən sui-istifadə edərək yaxın dostu Rövşən Məmmədov saxta staj yazdırıb və R.Məmmədovun onun həyat yoldaşına VTEK vasitəsilə saxta əlillik təyin etdirib və həmin şəxslərin pensiya almasına nail olub.
2. DSMF-nin Gədəbəy rayon şöbəsində pensiya təyinatı sektorunun müdiri Mahmud Məmmədov həyat yoldaşı Aysel Məmmədovaya saxta əlillik və staj yazdırmaqla pensiya təyin etdirməyi bacarıb.
3. DSMF-nin Gədəbəy rayon şöbəsinin mühasibi İlqar İbrahimov əlil adı altında 1000 manata yaxın pensiya alır. Lakin əlil olacaq heç bir sənədi yoxdur. Saxtadır.
4. DSMF-nin Gədəbəy rayon şöbəsində məsləhətçi işləyən Əhməd Quliyev atası Leysan Quliyevə saxta pensiya düzəltdirib.
5. DSMF-nin Gədəbəy rayon şöbəsində müdir müavini işləyən İbrahim Ələsgərovun gəlini Rüstəmova Lamiyə Hikmət qızı Gədəbəy rayon Mərkəzi Xəstəxanasının tabeçiliyində olan Söyüdlü kənd Tibb Məntəqəsinə tibb bacısı vəzifəsini daşıyır. Lakin Lamiyə xanım Bakıda yaşayır və heç vaxt işə çıxmır.
6. DSMF-nin Gədəbəy rayon şöbəsində Məmmədov Taleh Mövla oğlu 2018-ci ilin noyabr ayından aparıcı məsləhətçi vəzifəsini daşıyır. Həmin vaxtdan bu günə kimi işə çıxmayıb.
7. DSMF-nin Gədəbəy rayon şöbəsində ali təhsili olmadan böyük inspektor, baş mütəxəssis işləyən Natalya Çivildeyevanın qızı Səbinə Çivildeyevanın birinci qrup əlilliyi saxtadır. Əvvəllər Səbinə Çivildeyevanın saxta pensiyası kəsilib. Sonradan bərpa etdiriblər.
8. Gədəbəy rayon icra hakimiyyəti işçiləri və tabeçiliyində olan bir qrup şəxsə saxta veteranlıq düzəltdiriblər. 2016-cı ildə bu iş icra hakimiyyətində şöbə müdiri olan Nizaməddin Qılıcovun rəhbərliyi ilə həyata keçib. Əsgərlikdə olmayan Nizaməddin Qılıcov özünə də saxta veteranlıq statusu almağı bacarıb. Eyni qayda ilə icra hakimiyyətinin tabeçiliyində olan Gədəbəy şəhər icra nümayəndəsinin müavini Kamaləddin Məmmədov, Arıqdam kənd icra nümayəndəsi Nizami İsgəndərov daxil olmaq 350 nəfərə satıldı. Həmin vaxt veteranlıq statusunun qiyməti 1000 manatdan başlayırdı.

Cənab baş prokuror, qeyd edim ki, bu faktları aidiyyəti üzrə dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə ünvanlamışam. Rəhbərlik etdiyi sahədə islahat görüntüsü yaradaraq ölkə rəhbərinə yalan danışmaqdan çəkinməyən S .Babayev faktiki xəstələrin əlilliyinin ləğv etdirdiyi halda bu qədər qanunsuzluğa və büdcə vəsaitinin talan olunmasına göz yumur.

Gədəbəy rayon Arıqıran kənd sakini Qənbərov Zaur
Xəbəri paylaş