Newscenter.az.19.07.2020. İyulun 12-14-də Ermənistan hərbi qüvvələrinin Azərbaycanın Tovuzla sərhəddə təxribat törətmək cəhdlərinin qarşısını qətiyyətlə alan Ordumuz düşmənə öz layiqli yerini göstərdi. İşğalçı Ermənistanın rəhbəriyi hər zaman olduğu kimi qorxaqcasına törətdiyi növbəti cinayətin məsuliyyətini Azərbaycanın üzərinə atmağa çalışsa da beynəlxalq təşkilatlar, dünya ölkələri onların saxtakarlığının, yalançılığının şahidi oldu.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin beynəlxalq təşkilatların və ölkələrin Azərbaycandakı nümayəndələrini, səfirlərini və hərbi atteşələrini cəbhədəki əsil vəziyyəti yerində görmək tələbindən sonra Ermənistan vahiməyə düşərək yalvarmağa, slüh çağırışlarına başladı. Niyə? Çünki təxribatı Ermənistanın törətməsinə dair təkzibolunmaz əsaslı faktlar, videogörüntülər var. Eyni zamanda erməni ordusunda başlayan fərarilik, əmrə tabe olmamaq və ordunun Paşinyanın çirkin siyasi oyunlarının vasitəçisinə çevrildiyi bütün dünyaya məlum olmaqdadır. Hamı gördü ki, Tovuz döyüşlərində erməni zabitləri səngəri qoyub qaçırdılar, digər döyüş nöqtələrindəki ermənilər də vahimə içərisində idilər, Azərbaycan ordusunun öldürücü zərbələrindən onlar da qorxuya düşərək hər an döyüş meydanını qaçmağa hazır idilər.
Bu mənzərə Ermənistanın rəhbərliyinin acınacaqlı vəziyyətini aydın şəkildə nümayiş etdirir. Ona görə də Paşinyan və həyat yoldaşı A.Akopyan dərin narahatlıq keçirərək sülh çağırışları üçün əl-ayağa düşüblər. Bunlar, Paşinyanın və A.Akopyanın növbəti hiyləgərliyi, ikiüzlülüyü və erməni xislətinin ifadəsidir. Regionda əmin-amanlıq, erməni əsgərlərinin ölümünü istəmirlərsə Akopyan öz terrorçu və sarsaq ərinə səslənməlidir.
Artıq Ermənistan cəmiyyəti də hər şeyi olduğu kimi qiymətləndirməyə, Paşinyanın yarıtmaz siyasətinin erməni xalqını məhvə apardığını etiraf etməyə başlayıbdır. Azərbaycanda Ordumuza izdihamlı hərbi dəstək yürüşlərinin genişlənməsindən təşvişə düşən Ermənistan sakinləri Paşinyana qarşı küçə yürüşləri keçirərək müharibə istəmədiklərini üsyankarlıqla bildirdilər. Erməni anaları öz övladlarını günahsız yerə ölümə göndərmək istəmiklərini, başqa bir dövlətin torpağı uğrunda ölməyə razı olmadıqlarını Paşinyandan tələb edirlər. Bu, ermənilərin həm qorxaqlığını, həm də işğal etdikləri başqa dövlətin torpağı uğrunda ölmək istəmiklərini təsdiqləyən acı həqiqətdir. Azərbaycanın gec-tez bu ərazilərə sahib olacağını etiraf etmələrinin fiziki obrazıdır.
Ali Baş Komandan, Prezident İlham Əliyev dəfələrlə Ermənistana xoşluqla işğal olunmuş torpaqlardan çəkilməsini xəbərdar edib. Bəyan edib ki, əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından!
Bütün dünya bilir ki, işğalçı kimdir, işğala məruz qalan kim. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir müraciəti bu mövzuda əsil yerinə düşür. “Biz istəyirik ki, torpaqlarımız azad edilsin. Biz istəyirik ki, insanlarımız öz doğma yurdlarına qayıtsın. Biz işğalçı deyilik. Biz işğalçı ilə mübarizə aparan millətik. Bizim heç bir başqa millətin, başqa xalqın torpağında gözümüz yoxdur. Biz, sadəcə, öz torpaqlarımızı işğaldan azad etmək istəyirik. Bu həqiqəti bütün dünya bilir və artıq qəbul etməlidir. Ədalətsiz, işğalçı siyasətin qarşısını almaq üçün bizim qəhrəman ordumuz, qəhrəman övladlarımız var. Azərbaycan xalqı üçün hər bir əsgərimiz dəyərlidir və əzizdir. Dünyanın ən böyük sərvəti olan ömrünü Vətən naminə qurban verən hər bir övladımız Azərbaycanın tarixində qəhrəman kimi yaşayacaq”.
Mehriban xanım bildirir ki, bizim işimiz haqq işidir və Allah bizimlədir! “Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq! Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir! Bizim işimiz haqq işidir və Allah bizimlədir! Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaqdır! Biz daha da güclü olmalıyıq və olacağıq, daha sıx birləşəcəyik!”
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor