Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İqdırda Azərbaycana dəstək aksiyası keçirilib



Sərdar Ünsal: “Azərbaycan yalnız deyildir”

Newscenter.az.19.07.2020.
İqdır Velosiped Klubu və Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası Iqdır Azərbaycan Evi Dərnəyinin birgə təşkilatçılığı ilə Azərbaycana dəstək və erməni təxribatlarını qınamaq məqsədilə velosiped yarışı keçirilib.

Bu barədə Newscenter.az-a məlumat verən İqdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal deyib ki, Azərbaycana dəstək məqsədilə təşkil olunan yarışda işitirak edən gənclər əllərində Türkiyə və Azərbaycan bayraqlarıyla birlikdə şəhər daxilində dövrə vurublar. Sonda İqdırdakı Zübeydə Xanım Bulvarındakı Iqdır yazısı önündə Türkiyə və Azərbaycan bayraqları dalğalandırılıb.

Daha sonra gənclər şəhid Mehmet Çavuş abidəsi önündə “Azərbaycanın yanındayıq”, “Azərbaycan yalnız deyil”, “Ermənistan məhv olsun” kimi şüarlar səsləndiriblər.

Aksiyada çıxış edən TADDEF İqdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal deyib ki, ermənilər artıq bütün hüdudları keçərək Azərbaycanın Tovuz bölgəsinə hücum ediblər: “İllərdir atəşkəsi pozan ermənilərə artıq lazım olan cavabı vermək gərəkdir. Ağalarından almış təlimat əsasında Azərbaycan ərazilərinə hücum edən ermənilər bir neçə əsgərimizi şəhid ediblər. Ancaq güclü Azərbaycan Ordusu da ermənilərə lazım olan dərsi verərək 100-dən çox düşməni məhv edib”.

Sərdar Ünsal deyib ki, Türkiyə, türk milləti olaraq Azərbaycanımn yanındayıq: “Azərbaycan yalnız deyildir. Bu gün yüzlərlə Türk gənci Azərbaycana könüllü olaraq gedib cəbhədə döyüşmək istəyir. Qatil Ermənistanı qınıyırıq və işğal etdikləri torpaqlardan çəkilməsini gözləyirik”.
Iqdır Velosiped Klubu rəhbəri Gökçen Acar isə bildirib ki, Tovuz bölgəsi Azərbaycan və Türkiyə üçün çox önəmli bir ərazidir: “Türkiyə üçün də bu ərazi çox önəmlidir. Çünki neft, qaz, dəmir yolu xətti bu ərazi üzərindən keçir. Türkiyəni Azərbaycana bağlayan bir ərazidir”. Klub rəhbəri də deyib ki, Azərbaycanın yanındayıq, işğalçı Ermənistanı qınayırıq.

Klubun sədr müavini Erdinç Turan isə erməni təxribatı zamanı həlak olan şəhid əsgərləriməz rəhmət diləyib, şəhidlərin yaxınlarına, ailələrinə başsağlığı verib.

Aksiyada iştirak edən gənclər isə “Ana Vətəndən Ata vətənə salamlar”, “Şəhidlərimizə Allahdan rəhmət diləyirik” kimi şüarlar səsləndiriblər.

NEWSCENTER.AZ
Xəbəri paylaş