Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşan Stepanyan: "12 iyuldan başlayan döyüş əməliyyatlarında bizim itkilərimiz daha çoxdur, yüzlərlə yaralımız var"



Newscenter.az.19.07.2020. Ermənilərin Tovuz istiqamətində həyata keçirdikləri təxribata cavab olaraq Azərbaycan Ordusu tərəfindən aldıqları güclü zərbədən xeyli sayda itki və xəsarətlə üzləşdikləri işğalçı ölkənin rəsmiləri tərəfindən də açıq etiraf edilib.

Newscenter.az xəbər verir ki, aktiv döyüşlərin getdiyi ilk günlərdə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan facebook profilində ciddi itki ilə üzləşmələri barədə fikirlər yazıb. İtkiləri gizlətməkdə çətinlik çəkdiklərini bildirən Stepanyan, xəstəxanalarda yaralı əsgərlər üçün qan çatışmamazlığı probleminin də yaşandığını vurğulayıb. Maraqlısı odur ki, Şuşan Stepanyanın bu statusu ermənilər arasında ciddi təşviş yaratdığından qısa müddət sonra ondan həmin statusu silmək tələb olunub. Lakin Şuşan Stepanyanın yazdığı statusu sildiyi zamana qədər onu skrın edib saxlayanlar da olub. Həmin statusu təqdim edirik:

"Mən buna artıq dözə bilmirəm! Mənim taqətim qalmayıb. Onlar məni yalan söyləməyə vadar edirlər. Artıq mənə zəng edən və yazan analara, bacılara, əsgər valideynlərinə yalan deyə bilmirəm. Bizim vəziyyətimiz çox gərgindir. Mənim vicdanım bu mürəkkəb vəziyyətdə əsgər valideynlərini aldatmağa imkan vermir. Hər kəs məlum münaqişədən xəbərdardır. Qərar qəbul olunmalıdır. Amma biz çıxılmaz vəziyyətdəyik. Bizim hərbçilərimiz, əsgərlərimiz ölürlər. Digərləri isə döyüş bölgələrindən qaçırlar. Bu isə sondur! Mən inanıram ki, siz məni doğru anladınız. 12 iyuldan başlayan döyüş əməliyyatlarında bizim itkilərimiz daha çoxdur. Əsgərlərimizin meyitləri döyüş əməliyyatları gedən ərazilərdə qalıb və bizim rəhbərlik əsgər və hərbçilərimizin meyitlərini ərazidən götürmək üçün danışıqlar aparır. Bizim yüzlərlə yaralımız var. Xəstəxanalarda qana ehtiyac duyulur, kim donor ola bilər? Bizə yardım edin! Döyüş davam edir və nə ilə nəticələnəcəyi bəllidir. Sizdən xahiş edirəm, gəlin vəziyyəti daha da dərinləşdirməyək. Çünki bu bizim xeyirimizə deyil. Ambisiyaların ucbatından hamımız məhv olacağıq. Bizə bu gərək deyil".


NEWSCENTER.AZ
Xəbəri paylaş