Newscenter.az.22.07.2020. İspaniyanın Madird şəhərində Ermənistan səfirliyi önündə İspaniya Azərbaycanlılar Birliyinin təşəbbüsü ilə etiraz aksiyası keçirilib.
Birlikdən Newscenter.az-a verilən məlumata görə, erməni təxribatçıları vətəndaşlarımızı təxribata şövq etdirsə də mubariz vətənpərvər insanlar soyuqqanlıqla düşməni susdura bilmişdi. İspan Polisin təkidi ilə ermənilər ərazidən uzaqlaşdırılıb.
Tədbirdə İspaniya Azərbaycanlılar Birliyinin sədri Vahid İmanov (Burqos vilayeti), Yeni yazarlar sənətçilər birliyinin avropa təmsilçisi şair Səfa Rəşid (Santander şəhəri), Valensia Azərbaycanlıları cəmiyyətinin sədri Mubariz İbrahimov (Valensia şəhəri), İspaniya Azərbaycan Mədəniyyət və ticarət asiosasiyası sədri fərid mustafayev , İspaniyanın Torlavega şəhərində Qarabağ idman klubu yaradan Şamo Eyvazov, fəallardan - Yaqut Novruzov, Cəmil Quliyev və digər bölglərdən eləcə də Madrid və Barselonadan gələnlər də iştirak etmişdir.
Tədbirin sonunda bəyanat oxunmuş, şəhidlərin ruhunu bir dəqiqəlik sukutla yad etmişlər. Tədbirdə 20 nəfər icazə verilmişdi, amma 40-45 nəfər gəlmişdi. Tədbirdən sonra iştirakçılar Azərbaycan səfirliyinə gedib, səfirlik əməkdaşları ilə görüşüblər.