Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti 12 iyul döyüşləri ilə bağlı bəyanat yayıb



Newscenter.az.24.07.2020. “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti 12 iyul döyüşləri ilə bağlı bəyanat yayıb.

Bu haqda “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov Newscenter.az-a məlumat verib. Bəyanatda bildirilir ki, 12 iyul 2020-ci il tarixində Azərbaycanın Tovuz rayonu istiqamətində ərazilərimizi işğal etmək məqsədilə Ermənistan silahlı qüvvələri hücum etmiş və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki ordumuzun mövqelərini atəşə tutublar. Yunanıstanda yaşayan bir çox azərbaycanlı, türk, yunan və Azərbaycanı sevən şəxsləri ətrafında birləşdirən “QALA” Azərbaycan-Yunanıstan Dostluq Cəmiyyəti olaraq, cəbhə xəttində sərhəddə baş vermiş təxribatla əlaqıdar dünya ictimaiyyətinə bildirir ki, Ermənistanın bu hərəkəti çirkin və qanlı təxribatdır:

“Bütün beynəlxalq ictimaiyyəti, xüsusən, bütün Yunanıstanda yaşayan həmvətənlərimizi Azərbaycanın haqq işinə fəal dəstək verməyə, təcavüzkarın ifşa olunması üçün həmrəylik göstərməyə çağırırıq! Ermənistanın təxribatlarını Azərbaycanın ərazi bütövlüyünə yeni təhdid kimi qiymətləndirir və sərt şəkildə qınayırıq. Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu ərazisində başlayan hərbi toqquşmalar nəticəsində dövlət sərhəddinin pozulmasını, 12 hərbi qulluqçu və bir nəfər dinc sakinin həlak olması faktını dərin üzüntü ilə qarşılayırıq. Allah şəhidlərimizə rəhmət etsin, yaralı əsgər və zabitlərimizə şəfa versin. Beynəlxalq ictimaiyyəti münaqişənin həllinə zərbə vuran və yeni təhdidləri ortaya çıxaran bu kimi təxribatlara düzgün hüquqi-siyasi qiymət verməyə, Ermənistanı təcavüzkar siyasətini dayandırmağa məcbur edəcək qərarlar almağa çağırırıq!. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 ( 1993) və 884 (1993) saylı qətnamələrinə əsasən, erməni qüvvələrini Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən dərhal, qeyri-şərtsiz və tamamilə çıxarmağa çağırır və Ermənistanın onlara tabe olmağa məcbur edilməsi üçün bu qərar və qətnamələrin ciddi şəkildə yerinə yetirilməsini tələb edirik".

Anar
Xəbəri paylaş