Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ceyhun Məmmədov: Azərbaycan və Özbəkistan alimləri İslam mədəniyyətinin inkişafına böyük töhfələr veriblər"



Newscenter.az.25.07.2020. “Bu gün hər bir müsəlman ölkəsinin qarşısında duran ən mühüm vəzifələrdən biri öz milli-mənəvi dəyərlərini qorumaqdır. Hər bir dövlətə bu siyasəti uğurla həyata keçirmək nəsib olmur. Azərbaycan və Özbəkistan bu siyasəti uğurla həyata keçirməyə müvəffəq olan azsaylı ölkələrdəndir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov səsləndirib. O, təəssüf hissi ilə qeyd edib ki, müasir dövrdə yüksək əxlaqi dəyərləri təbliğ etmək, insanlar arasında birlik və həmrəyliyi təmin etmək məqsədilə bəşəriyyətə göndərilən səmavi dinlərdən bir sıra hallarda siyasi məqsədlərlə istifadəyə də cəhd edilir:

“Bu gün bir sıra müsəlman ölkələrində din amilindən istifadə edilərək qarşıdurmanın yaradılmasına cəhdlər edirlər. Təəssüf ki, bir sıra hallarda müəyyən qruplar bu məqsədə nail ola bilirlər”.

Deputat deyib ki, bu gün Azərbaycanla Özbəkistan arasında parlamentlərarası dostluq qrupları arasında da əməkdaşlıq əlaqələri yüksək səviyyədədir:

“Bizim üçün Özbəkistan dost və qardaş ölkədir. Hər iki ölkə Parlamenti arasında əlaqələrin inkişafına xüsusi önəm veririk. Qeyd etmək lazımdır ki, Azərbaycan və Özbəkistan alimləri İslam mədəniyyətinin inkişafına böyük töhfələr veriblər. Bu bölgənin alimləri İslam mədəniyyətinin formalaşmasında böyük rol oynayıblar. Bu gün də onların əsərlərindən bir sıra müsəlman ölkələrinin ali dini təhsil müəssisələrində dərs vəsaiti kimi istifadə olunur”.

Ceyhun Məmmədov bildirib ki, müasir dövrdə Azərbycanla Özbəkistan arasında bir çox sahələrdə əlaqələr yüksək səviyyədədir:

“Bu əlaqələri daha da gücləndirmək üçün geniş imkanlar mövcuddur. Xüsusilə elm, təhsil və mədəniyyət sahələrində əlaqələrimizi daha da genişləndirə bilərik. Özbəkistanla Azərbaycan xüsusilə din təhsili sahəsində geniş əməkdaşlıq əlaqələri yarada bilər. Bu gün Özbəkistanın Beynəlxalq İslam Akademiyası bölgənin nüfuzlu və aparıcı təhsil müəssisələrindən birinə çevrilmişdir. İki ölkənin ali dini təhsil müəssisələri arasında əməkdaşlıq müqaviləsinin imzalanması qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına və əməkdaşlığın gücləndirilməsinə öz töhfəsini verəcəkdir”.

Anar
Xəbəri paylaş