Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kiyevdə ermənilər 4 azərbaycanlı tələbəyə atəş açıb



Newscenter.az.25.07.2020. Kiyevdə ermənilər dörd azərbaycanlı tələbəyə atəş açıb. Ayağından yaralanmış Nicat Kərimov və Azər Abasov 8 saylı şəhər xəstəxanasına aparılıb.

Newscenter.az day.az-a istinadən bildirir ki, bu barədə Birləşmiş azərbaycanlı diasporasının rəhbəri Hikmət Cavadov deyib.

“Tələbələr evə qayıdarkən həyətdə erməni nömrəsi olan avtomobil görüblər. Maşin sahibi ilə uşaqların mübahisəsi düşüb. Bu mübahisəyə başqa bir erməni qoşulub. Üstündə olan tapançadan atəş açıb. Bundan sonra qaçıb gizləniblər. Polis hazırda cinayətkarları axtarır”.

Ukrayna KİV-lərinin məlumatına görə, hadisə Konovalskya 36 küçəsində, “Montekki və Kapuletti”restoranının yanında baş verib.

Hazırda 50 RV 100 nömrəli “Mersedes –Qelendvaqen” avtomobilniin tapılması üçün “Sirena” əməliyyatı həyata keçirilir.
Xəbəri paylaş