Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Anar Hüseynov: "Yeni nəsil müasir kombaynların alınması dağlıq zonalarda biçin prosesini köklü surətdə həll edəcək"


Newscenter.az.28.07.2020. "Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə Azərbaycana gətirilən dağlıq, maili, relyefi çətin ərazilərdə biçin apara bilən kombaynlar artıq Şamaxıdadır".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nə direktoru Anar Hüseynov qeyd edib ki, MDB məkanında ilk dəfə olaraq ölkəmizdə biçin zamanı xüsusi dağ kombaynlarından artıq dağlıq rayonlarında istifadə olunur:

"Ən son model olan kombaynlar tam kompüterləşdirilib, ən çətin, enişli-yoxuşlu ərazilərdə biçin apara bilir".

Anar Hüseynov bildirib ki, Azərbaycanın dağlıq bölgələrində biçin aparmaq həmişə problem olub:

"İndiyədək çətin relyefli ərazilərdə yalnız sovet istehsalı olan kombaynlar biçin apara bilirdi. Ölkədə olan bu cür kombaynların istismar müddətinin bitməsi dağlıq ərazilərdə biçin aparılmasını ildən-ilə çətinləşdirir, fermerlərin min əziyyətlə dəmyə torpaqlarda yetişdirdiyi məhsul yığılmamış qalırdı. Artıq yeni nəsil müasir kombaynların alınması dağlıq zonalarda biçin prosesini köklü surətdə həll edəcək".

Mehman
Xəbəri paylaş