Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın Avropa üçün əhəmiyyəti artır



Newscenter.az.30.07.2020. “Azərbaycanın Avropa üçün geosiyasi və geoiqtisadi əhəmiyyəti artmaqdadır. Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TAP boru kəmərinində son birləşdirmə işi tamamlanmaqla Avropaya Azərbaycan qazının ötürlülməsi ilə yeni bir mərhələ başlayır”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, bu layihə ilə bağlı Azərbaycan və Türkiyə arasında 2011-ci il dekabr ayının 24-də Anlaşma Memorandumu imzalanıb:

“Bu layihə Cənub Qaz Dəhlizi -TANAP və TAP olmaqla üç hissəsədən ibarətdir. Xəzər dənizindən hasil ediləcək mavi yanacaq qaz-kondensat yatağı olan "Şahdəniz 2" yatağından hasil edilən qaz Avropanın enerji təminatına mühüm rol oynayacaq. Gələcək perspektivdə Türkmənistanın da bu layihəyə qoşulması nəzərdə tutulur. Bunun üçün "TransXəzər" qaz kəmərinin çəkilməsi gündəmdədir. Türkiyənin tam dəstəyi ilə Xəzər dənizinin dibi ilə kəmərin çəkilməsi reallaşa bilər”.

Politoloq bildirib ki, Azərbaycanın müəllifi olduğu bu meqa layihə regionun siyasi-iqtisadi nizamını dəyişməklə, Türkiyənin də Cənubi Qafqazda rolunun artmasına gətirib çıxarır:

“Trans Adriatik ( TAP) qaz kəmərinin Avropaya çatması, Rusiyanın qitədə qaz monopliyasının qarşısını alacaq. Rusiya bir neçə ildir ki, bu layihənin qarşısını almaq üçün planlar rellaşdırır. Amma, Qərbin tam dəstəyi nəticəsində bu provaksiyalar baş tutmadı. ABŞ-ın Rusiyanın "Şimal-2" və "Cənub Axını" qaz layihələrinə sanksiyalar tətbiq etməsi, Azərbaycan qazının Avropa üçün əhəmiyyətini daha da cəlbedici olur. Bununla yanaşı, Avropanın regiona xüsusilə, Azərbaycanla əməşdaşlığında yeni bir səhifə açılacaq”.

Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanın Tovuz istiqamətində təxribatı məhz TAP boru kəmərinin Avropa ilə birləşməsinin son tamamlanma işləri vaxtda baş verdi:

“Tovuzda Ermənistanın bu təcavüzü, məhz Avropanın enerji təminatını hədəf almaqla, Rusiyanın maşası rolunda çıxış edir. Hazırda Ermənistanın yenidən təxribatlara gedəcəyi istisna deyil. Çünki, Rusiya bu layihənin işə düşməsindən çox narahatdır və bu qaz kəmərini Avropada özünün enerji siyasətinə təhdid görür. Ona görə də Türkiyənin böyük miqyasda Azərbaycana hərbi dəstəyi və 10 gündən artıq ölkənin müxtəlif yerlərində hərbi təlimlər keçirməsi, bu təxribatlara cavabdır. Qərbin də bu təlimlərə susqunluğu bununla bağlıdır. Rəsmi Bakı artıq Avropanın onun üçün əsas iqtisadi və siyasi təərfdaş olduğunun fərqindədir. Rusiya ilə dostluq əlaqələrini inkişaf etdirməklə, Qərblə əməkdaşlıq dərinləşdirilməlidir. Bu qaz kəməri vasitəsilə ilkin mərhələdə təbii qazın 16 milyard olacağı, bunun da 6 milyardının Türkiyə üçün, qalan 10 milyardının Türkiyə-Bolqarıstan, Türkiyə-Yunanıstan sərhəddindən keçərək Avropaya nəqli nəzərdə tutulub”.

Mehman
Xəbəri paylaş