Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azərsu” bayramda gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək



Newscenter.az.30.07.2020. “Azərsu” ASC Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə Newscenter.az-a qurumdan bildirilib.

Bununla əlaqədar Səhmdar Cəmiyyətinin aparatında və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək. Qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq. Bu günlərdə içməli su təchizatında hər hansı planlaşdırılmış məhdudiyyətlərin tətbiqi nəzərdə tutulmayıb.

Xüsusi karantin günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması, baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün operativ tədbirlər görüləcək.

İstehlakçılardan xahiş olunur, su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu”yun 955 Zəng Mərkəzinə müraciət etsinlər.

Sevinc
Xəbəri paylaş