Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xüsusi karantin rejimində taksi xidmətləri üzrə 6224 məlumat “icazə.e-gov.az” portalına daxil edilib



Newscenter.az.30.07.2020. “Pandemiya dövründə qarşıda duran əsas vəzifələrdən biri də Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qərarlara müvafiq olaraq daşımalar zamanı sərnişinlərin və sürücülərin təhlükəsizliyinin təmin edilməsi olub. Bu baxımdan, müntəzəm avtobus marşrutları ilə daşınan sərnişinlərin sayında əhəmiyyətli azalma olsa da, tərəfimizdən mütəmadi olaraq daşıyıcıların və sərnişinlərin maarifləndirilməsi işləri həyata keçirilir, avtobusların salonunda sərnişin sıxlığı ciddi nəzarətdə saxlanılır”.

Newscenter.az xəbər verir ki, bu barədə açıqlama Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilib. Bildirilib ki, pandemiya dövründə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları həyata keçirən sahibkarlıq subyektlərinin fəaliyyətinin rəsmiləşdirilməsi, bu sahədə dövlət vergisinin yığlması prosesinin asanlaşdırılması, habelə sui-istifadə hallarına yol verilməməsi məqsədilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən bir sıra tədbirlər görülüb. Avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşıma fəaliyyətinə buraxılış, həmçinin bu sahədə verginin ödənilməsini təsdiq edən “Fərqlənmə nişanı” sənədinin “Azərpoçt” MMC-nin rayon və şəhər şöbələrində verilməsi prosesi təşkil olunub. Eyni zamanda, xüsusi karantin rejimində taksi xidmətləri üzrə 6 min 224 və ölkədaxili yük daşımaları üzrə 6 min 332 nəqliyyat vasitəsi haqqında məlumatlar operativ qaydada tərəfimizdən “icazə.e-gov.az” portalına daxil edilib.

Mart ayının 4-dən başlayaraq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (012) 566-52-58 qaynar xətti 7/24 rejimində fəaliyyət göstərir. Eyni zamanda, zəruri materialların operativ qaydada təqdim edilməsi məqsədilə WhatsApp xətti istifadəyə verilib. Mart ayının 4-dən bu günə qədər qaynar xətt vasitəsilə ümumilikdə 4 min 168 müraciət daxil olub. Müraciətlərin ən çox daxil olduğu vaxt Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müvafiq qərarların qəbul edildiyi tarixə təsadüf edir. Hazırda qaynar xətt vasitəsilə gün ərzində orta hesabla 25-30 müraciət daxil olur.

Sevinc
Xəbəri paylaş