Newscenter.az.31.07.2020. Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclaslarının vaxtı məlum olub.
"Report"un xəbərinə görə, parlamentin növbədənkənar sessiyasının növbəti plenar iclasları avqustun 6 və 7-də keçiriləcək.
İclasda aşağıdakı məsələlər ikinci və üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.
1. Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi;
2. “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi;
3. “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi ;
4. “Məşğulluq haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi;
5. “İşsizlikdən sığorta haqqında qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi;
6. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi.
Qeyd edək ki, qanun layihələri parlamentin avqustun 5-i keçiriləcək plenar iclasında birinci oxunuşda müzakirə olunacaq.