Newscenter.az.5.08.2020. Sosial şəbəkələrdə dövlət orqanlarının həyata keçirdiyi tədbirlərə kölgə salan 23 təxribat xarakterli informasiya məhsulu yayılması faktları aşkarlanıb.
Bu barədə avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində qeyd olunub.
Bildirilib ki, həqiqəti əks etdirməyən məlumatları ictimailəşdirən şəxslərə xəbərdarlıq edilib.