Newscenter.az.6.08.2020. Cari il yanvar ayının 1-dən avqustun 1-nə qədər olan müddətdə Azəri-Çıraq-Günəşli yatağından əldə edilən gəlirlər 2 485 mln. ABŞ dolları təşkil edib.
Bu barədə məlumat Newscenter.az-a Azərbaycan Respublikası Dövlət Neft Fondundan daxil olub. Bildirilib ki, göstərilən müddət ərzində Şahdəniz yatağından (qaz və kondensat) əldə edilən gəlirlər isə 215,5 mln. ABŞ dolları olub.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 149 mln. ABŞ dolları təşkil edib.
Sevinc