Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Büdcədən sahibkarlara dəstək üçün daha 100 milyon manat ayrılacaq



Newscenter.az.6.08.2020. “Koronavirus pandemiyası ilə əlaqədar sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün Azərbaycanın dövlət büdcəsində əlavə 100 milyon manat nəzərdə tutulub”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında deyib.

“Nazirlər Kabinetinin dünən verdiyi qərarla Azərbaycanda pandemiya dövründə zərər çəkən və təsirlərə məruz qalan sahibkarların dövlət tərəfindən dəstəyi əlavə bir ay uzadılıb. Bu, həmin sahibkarların muzdla çalışanların əhəmiyyətli hissəsinin, fərdi sahibkarların isə böyük bir hissəsinə dövlət tərəfindən yardımların davam etməsi deməkdir. Xüsusi qeyd edim ki, bu ilin 1 iyul tarixinə qədər bütövlükdə 24 300 sahibkarın 210 min muzdlu işçisinə, 105,6 min fərdi sahibkara isə dövlət bütövlükdə 170 milyon manatdan çox vəsait ödəyib”,- komitə sədri əlavə edib.
Xəbəri paylaş