Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat seçiciləri ilə əkin sahələrində görüşdü, onlara kömək etdi-FOTOLAR



Newscenter.az.22.08.2020. Milli Məclisin deputatı Bəhruz Məhərrəmov seçiciləri ilə görüşünü davam etdirir. Belə ki, deputat avqustun 22-də seçiciləri ilə görüşünü qeyri-ənənəvi formada keçirərək onlarla tarlada, əkin sahələrində görüşüb. Newscenter.az xəbər verir ki, bu barədə məlumatı deputat özü facebook səhifəsində paylaşıb. Bu gün seçici qəbulunu qeyri-ənənəvi formatda keçirdik:

"Bu dəfə vətəndaş yox biz vətəndaşın qəbuluna getdik. İşin-gücün qızğın çağında Çaylı kənd sakinlərini əlbəttə tarlada və ya örüşdə tapmaq olardı. İnsanlar baş verənlərə əvvəlcə inana bilməsələr də, buzları əritdik və zəhmət adamları ilə iş başında çox səmimi görüşümüz alındı, problemləri ilə yerindəcə əyani formada tanış olduq, təkliflərini, istəklərini dinlədik, səlahiyyətimizin yetdiyi qədər edə biləcəklərimiz onlara izah olundu. Daha sonra gücümüz çatan qədər fiziki işlərinə də əl atdıq, özümün də kənd adamı olmağımı nəzərə alsaq pis də alınmadı".


NEWSCENTER.AZ
Xəbəri paylaş