Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağcabədidə 41 km uzunluğunda yerli əhəmiyyətli yol yenidən qurulur



Newscenter.az.24.08.2020. Prezident İlham Əliyevin Ağcabədi rayonunun Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq yenidənqurma işlərinə start verilib.

Newscenter.az-a Agentlikdən bildirilib ki, həyata keçiriləcək işlər çərçivəsində yararsız örtük mexanizmlə sökülür, yolun deformasiyaya uğramış hissələri ekskovatorla qazılıb çıxarılır, yolun dərədən keçən hissəsinin və torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq təmiri aparılır, daha sonra karxana çınqılı ilə qazılmış və yuyulmuş hissələr doldurulur, torpaq yatağının bərpası işləri görülür.

Yollar boyu mövcud suötürücü borular sınmış və çökərək istismara yararsız vəziyyətdə olduğundan yenidən təmir olunmasına, həmçinin əlavə olaraq yeni boruların qoyulmasına ehtiyac olduğu üçün 1400 paqon-metr uzunluğunda `müxtəlif diametrlərə malik metal və dəmir-beton boruların quraşdırılması işləri də aparılır.

Layihənin sonuncu mərhələsində yol boyu 4 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün yol boyu 72 yol nişanlı və məlumatverici lövhə, 840 təhlükəsizlik dirəklərinin və km göstəricilərinin quraşdırılması, həmçinin xətlənmə işlərinin aparılması ilə müasir yol infrastrukturu yaradılacaq.

Bir sözlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yenidən qurulan yol həmin ərazidə yaşayan 14 min vətəndaşımıza respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə yoluna rahat çıxış əldə etməklə yetişdirdikləri kənd təsərrüfatı məhsullarını rayon mərkəzinə və qonşu rayonların bazarlarına tez və xarab olmadan daşımasına imkan yaradacaq.

Anar
Xəbəri paylaş