Newscenter.az.24.08.2020. Avqustun 24-də Prezident İlham Əliyevin sərəncamı ilə Biləsuvar rayonu İcra hakimiyyətinin başçısı təyin olunmuş Faiq Qürbətov Milli Məclisdə Biləsuvar rayonundan olan deputat Bəhruz Məhərrəmovla görüşüb.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı deputat özünün facebook səhifəsində paylaşıb. Bildirib ki, yeni təyin olunmuş İcra Hakimiyyətinin başçısı ilə hərtərəfli söhbət edərək faydalı müzakirə aparıb:
“Əmin ola bilərsiz ki, Faiq müəllim təcrübəli, müasir dünyagörüşünə malik, pozitiv, ən əsası isə əli də vicdanı da təmiz insandır. İnanıram ki, ən yaxın zamanlarda Faiq müəllimin cənab Prezidentin yüksək etimadını doğrultduğuna hamımız şahid olacağıq”.
Anar