Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Əziz Ələkbərli növbəti dəfə Saatlıda seçicilərlə görüşdü-FOTOLAR



Newscenter.az.24.08.2020. Milli Məclisin deputatı Əziz Ələkbərli növbəti dəfə seçicilərlə görüşmək üçün Saatlı rayonuna gedib.

Newscenter.az xəbər verir ki, deputatın bu dəfəki səfərində əsas məqsəd seçicilərdən aldığı şikayət ərizələrini yerində araşdırmaq olub. Bu ərizələr sırasında əlillik almaq üçün etdikləri müraciətlərə imtina cavabı almış əlillərin, onların qəyyumlarının çoxsaylı müraciətləri xüsusilə deputatın diqqət mərkəzində olub.

Deputat seçiciləri ilə ilk görüşünü respublikada elan olunmuş karantin rejiminin tələblərinə əməl olunmaqla Saatlı rayonunun Heydər Əliyev Mərkəzində keçirib.

Seçicilərin qəbulunda Saatlı rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlham Quliyev, Saatlı rayon İcra Hakimiyyəti başçısının müavini Reyhan Ocaqova, deputatın Saatlı rayonundan olan köməkçisi Samir Nəsirov da iştirak edib, vətəndaşları narahat edən məsələlərə aydınlıq gətirilib, bəzi problemlər yerindəcə həll olunub, bəziləri nəzarətə götürülüb.

Həmin gün Milli Məclisin deputatı Əziz Ələkbərli rayonun bir sıra kəndlərində də seçicilərlə görüşlər keçirib. Şirinbəyli kəndində seçicilərlə görüşdən sonra deputat Qədirin bağı kimi tanınan ərazidə ağacların kəsilməsi barədəki məlumatın dəqiqliyini aydınlaşdırmaq üçün Saatlı rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlham Quliyevlə və nümayəndələrlə birgə həmin əraziyə baxış keçirib.

Seçicilərlə növbəti görüş rayonun Mir Cəlal kəndində olub. Kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zülfəli Ağayevin iştirakı ilə vətəndaşlarla açıq havada keçirilən görüşdə kəndin ümumi, vətəndaşların şəxsi problemləri dinlənilib.

Deputatın seçicilərlə növbəti görüşü Ahıska türklərinin sıx yaşadığı Nəsimi (keçmiş Adıgün) kəndində baş tutub. Seçicilər kəndin içməli su və suvarma suyu probleminin bu il təsərrüfatlara böyük ziyan vurduğunu xüsusi qeyd ediblər. Birgə müzakirələr zamanı vəziyyətdən mümkün çıxış yolları araşdırılıb.

Deputatın seçicilərlə rayon mərkəzində və kəndlərdə görüşləri növbəti gün də davam etdirilib. Həmin gün deputat Əziz Ələkbərli Yeni Azərbaycan Partiyasının Saatlı rayon təşkilatının qərargahında, rayon Gənclər Mərkəzindəki deputat otağında seçiciləri qəbul edib.

Daha sonra deputat rayonun Çolpu, Nabatkənd və Orta Muğan kəndlərində olub, seçicilərlə çoxsaylı görüşlər keçirib. Seçicilərin tələb və təklifləri dinlənilmiş, onların həlli üçün çalışılacağına söz verilib.

Həmin gün deputat Əziz Ələkbərli Saatlı rayon Mərkəzi Kitabxanasında olub, kollektivlə görüşüb, bu il nəşr olunmuş elmi və bədii ədəbiyyat nümunələrindən ibarət kitab dəstlərini kitabxanaya hədiyyə edib.


Anar
Xəbəri paylaş