Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gəncədə tutulan sabiq vəzifəli şəxslərin ittihamları məlum olub



Newscenter.az.24.08.2020. Gəncə Şəhər İcra Hakimiyyətinin saxlanılan sabiq əməkdaşları barəsində hansı maddələrin irəli sürüldüyü məlum olub.

“Report”un xəbərinə görə, Gəncə Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi vəzifəsində çalışmış Əli Xasay oğlu Rüstəmov və Gəncə Şəhər Nizami Rayon İcra hakimiyyətinin keçmiş başçısı Məharət Mustafa oğlu Mustafayev barəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərini aşma), 178.3.2-ci (dələduzluq), 178.2.4, 178.2.2, 178.2.3-cü, 311.3.1-ci (rüşvət alma), 311.3.1, 311.3.2, 312.2-ci (rüşvət vermə), 314-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələri ilə ittiham verilib.

Həmin şəxslərin barəsində təqdimat Binəqədi Rayon Məhkəməsinə daxil olub və hakim Vüqar Məmmədovla Fərid Əmirəliyevin sədrliyi ilə baxılacaq.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətində işləmiş vəzifəli şəxslərlə bağlı əməliyyat keçirilməsi ilə əlaqədar ictimaiyyətə yaxın vaxtlarda ətraflı rəsmi məlumat veriləcək.
Xəbəri paylaş