Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Özün Yarat” yarışmasının qalibləri bəlli oldu



Newscenter.az.24.08.2020. Bu həftəsonu Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı “Özün Yarat” yarışmasının qaliblərini elan etdi.

Newscenter.az xəbər verir ki, Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günündə təsis edilmiş və daha çox insanı, gündəlik həyatda tullantı hesab etdikləri əşyaları yenidən düzəldərək istifadəyə həvəsləndirmək məqsədilə yaradılmış Azərbaycanın ilk yenidən istifadə platformasına 200-dən çox müraciət daxil olub.

““Özün Yarat” platforması yüzlərlə insanı yaradıcı və maraqlı həll yolları ilə təkrar istifadənin təşviqi üçün bir araya gətirdi. Onların bu həll yolları tullantılara yeni həyat verdi. Bu, həm xammal kimi iqtisadi cəhətdən səmərəlidir, həm də ətraf mühiti ekoloji yükdən qoruyur”, Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev qeyd edib.

“Özün Yarat platforması, zərərli tullantıları azaltmaq və ətraf mühitimizi qorumaq məqsədilə insanları təkrar istifadəyə dair yaradıcı fikirlərini bölüşməyə təşviq etmək üçün 2 ay əvvəl Avropa İttifaqının dəstəyi ilə təsis edildi. Platformaya böyük maraq oldu və müsabiqəyə 200-dən çox iş təqdim edildi. Bu isə Azərbaycan xalqının incəsənət və əl işlərində olan istedadından və təbiəti qorumaq barədə qərarlılığından xəbər verir. Bu layihənin əsasında duran mesaj odur ki, dəyişiklik evdən başlayır və hər birimiz təbiətə qayğı missiyasında digərlərinə nümunə olmalıyıq.”, Aİ-nin Azərbaycandakı səfiri Kəstutis Yankauskas bildirib.
Xəbəri paylaş