Newscenter.az.2.09.2020. Sosial Tədqiqatlar Mərkəzinin (STM) “Prezidentin fəaliyyəti ictimai rəydə” hesabatı çap edilib.
Hesabat 2020-ci ilin ikinci rübünü - aprel-iyun aylarını əhatə edir.
Vətəndaşların Prezidentə və hakimiyyətin hər üç qoluna (qanunverici, məhkəmə və icraedici) münasibətini öyrənmək məqsədilə bu qurumlara etibarlılıq öyrənilib. Belə ki, respodentlərin mütləq əksəriyyəti Prezidentə etibar etdiyini bildirib.
Prezidentə “tam etibar edirəm” deyənlər respodentlərin mütləq çoxluğunu (90,8%) təşkil edir. Bundan əlavə, respodentlərin mütləq əksəriyyəti tərəfindən ölkə başçısının ordu quruculuğu və Silahlı Qüvvələrin modernləşdirilməsi (96%) və xarici siyasət (95%) sahəsindəki fəaliyyəti yükəsk qiymətləndirilib. Ümumilikdə isə respodentlərin mütləq əksəriyyəti (92,8%) ictimai qınağa səbəb olan hadisələrə Prezidentin reaksiyasından razıdır.
Respodentlərin 95,2%-i Prezident tərəfindən icra başçılarının vəzifədən azad olunmasında ictimai rəyin nəzərə alındığı fikrindədir. Bundan əlavə, respodentlərin mütləq əksəriyyəti (94,2%) Prezidentin öz sadəliyi və təvazökarlığı ilə məmurlara örnək olması fikrindədir.