Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İnzibati Ərazi Dairəsi üzrə nümayəndələrlə onlayn müşavirə keçirilib



Newscenter.az.23.09.2020. İsmayıllıda şəhər, qəsəbə və kəndlərdəki icra nümayəndələrinin iştirakı ilə növbəti video konfrans keçirilib.

Newscenter.az-a İcra Hakimiyyətindən bildirilib ki, rayon rəhbəri icra nümayəndələrinə ölkə başçısının tapşırığı ilə yerlərdə vətəndaşlarla daha sıx əlaqə saxlamaq və sakinlərin qaldırdıqları məsələlərin təmin olunmasını söyləyib. O, qeyd edib ki, ərazilərdə baş verən hadisələrlə, eləcə də yaranmış problemlərlə bağlı dərhal tədbirlər görülməli və Rayon İcra Hakimiyyəti məlumatlandırılmalıdır. Həmçinin, bildirib ki, son günlər ehtiyatda olan əsgər və zabitlərin təlimlərə çağırılması barədə əhali düzgün maarifləndirilməli, bunun səfərbərlik deyil yalnız təlim olduğu izah olunmalıdır.

İclasda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilә xüsusi karantin rejiminin yumşadılmasından irәli gәlәn məsələlər müzakirə olunub. Rayon rәhbәri bildirib ki, karantinin yumşaldılmasına baxmayaraq, koronavirus infeksiyasının qarşısının alınması məqsədilə vəzifəli şəxslərin qarşısına ciddi tələb qoyulub. Rayonda bu sahədə xoşagəlməz halların baş verməməsi üçün işlərə tam nəzarət olunmalıdır.

Anar
Xəbəri paylaş