Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İşğaldan azad edilən yerlərdə irriqasiya sistemlərinin bərpasına başlanıldı



Newscenter.az.14.11.2020.
Bu gün "Meliorasiya və Su Təsərrüfatı" ASC-də işğaldan azad edilmiş ərazilərdə meliorasiya və irriqasiya sistemlərinin bərpası ilə əlaqədar tədbir keçirilir.

Tədbiri giriş sözü ilə qurumun sədri Əhməd Əhmədzadə açıb.

O qeyd edib ki, Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Milli Ordusu böyük qələbə əldə edib. Ə.Əhmədzadə işğaldan azad olunmuş yerlərin Azərbaycanın su imkanlarının artırılması istiqamətində böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb: "Hazırda isə işğaldan azad edilmiş ərazilərdə irriqasiya və meliorasiya sistemlərinə dəymiş zərərin inventarlaşma işləri dəqiqləşdirilir.

İşğaldan azad edilmiş ərazilərdə 9 ədəd su anbarları, 1 429 subartezian quyuları, 88 ədəd nasos stansiyaları, 8 mindən çox hidrotexniki qurğular var. Əsas işimiz dəymiş zərərin aradan qaldırılması və infrastruktur layihələrinin icrasıdır. İşğaldan azad edilən yerlərdə suvarma sistemləri idarələrinin fəaliyyəti bərpa ediləcək".
Xəbəri paylaş