Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənclər üçün onlayn ictimai müzakirə keçirilib



Newscenter.az.5.12.2020. NAYORA-nın təşkilatçılığı ilə “Məsuliyyətli atalığın qadınlara və qızlara qarşı zorakılığın aradan qaldırılmasında rolu” mövzusunda onlayn ictimai müzakirə keçirilib.

Newscenter.az-a daxil olan xəbərə görə, ictimai müzakirə “ATAM MƏNİ SEVİR – Məsuliyyətli Atalıq konsepsiyasının əhəmiyyətinin aşılanması” layihəsi çərçivəsində həyata keçirilb.

Arasında gənc ataların da yer aldığı 100-ə yaxın iştirakçının qoşulduğu ictimai müzakirədə bir sıra tanınmış, ictimai fəaliyyətlərində mühüm nailiyyətlər əldə etmiş fəal şəxslər spiker qismində çıxış edərək mövzu ilə bağlı müzakirələr aparıblar. Kişilərin, xüsusilə ataların gender əsaslı zorakılıqla mübarizədə rolunu əsas istiqamət kimi götürən görüşün spikerləri, gənc atalar - Oktay Namazov, Vafa Ali, Əliyar Hüseynov və Sevinc Hüseynova öz təcrübələrini bölüşərək gender bərabərliyinin cəmiyyətin inkişafındakı roluna və əsas önəm kəsb edən məsələlərə toxunublar.

İctimai görüşün keçirilməsində əsas məqsəd “16 günlük kampaniya” ya dəstək olaraq həm gənc ataların gender bərabərsizliyi məsələsində rolunu stimullaşdırmaq, həm də bütün dünyada qadınlara və qızlara qarşı zorakılığa son qoymağa çağırış etmək olmuşdur. “Qadınlara Qarşı Zorakılıq Əleyhinə 16 Günlük Fəallıq Kampaniyası” dünyanın diqqətini qadın və uşaqlara qarşı dəhşətli zorakılığının bütün formalarına o cümlədən insan alveri, uşaq evliliyi, məcburi evliliklərə və məişət zorakılığına yönəltmək məqsədi daşıyır.

Qeyd edək ki, layihə BMT-nin Qadınlar üzrə Agentliyi və BMT-nin Əhali Fondunun (UNFPA) Avropa və Mərkəzi Asiya üzrə Regional ofisi və onun həyata keçirdiyi “EU4GenderEquality: Birlikdə gender əsaslı stereotiplərə və zorakılığa qarşı" proqramı çərçivəsində Avropa İttifaqı tərəfindən maliyyələşdirilir.

Görüş, iştirakçıların fikir və təkliflərinin dinlənilməsi və müzəkirəsi ilə yekunlaşıb.

Sevinc
Xəbəri paylaş