Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şirvanda yaşayış yerini tərk edən 2 koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb



Newscenter.az.5.12.2020
. Şirvanda yaşayış yerini tərk edən 2 koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb.

Şirvan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən reydlər zamanı testinin nəticəsi pozitiv çıxan COVID-19 virusuna yoluxmuş Şirvan sakinləri, Nadirli Ramil Ağacan oğlu və Fətiyev Fərid Faiq oğlu yaşadıqları Rəsulzadə küçəsində yerləşən ünvanları özbaşına tərk etdikləri məlum olub. Bu zaman adı çəkilən şəxslər epidemiya, sanitar-gigiyena və ya karantin rejimi qaydalarını pozaraq COVID-19 virusunun digər şəxslərin yoluxmasına risklər yaradıb, sağlam şəxslərin həyatını real təhlükədə qoyublar.

Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə onlar yaşadığı evə qaytarılıb.

Toplanan materiallar əsasında hər 2 şəxs barəsində Şirvan ŞPŞ-nin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə cinayət işi başlanılıb.
Xəbəri paylaş