Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlqar Altay yazır: Biz artlq, tənha deyilik



Newscenter.az.6.12.2020. Hər bir õlkənin iki ən vacib, müqəddəs: milli və dõvlətçilik mənafeyi var. Bu mənafelərdir õlkəni ayaqda saxlayan və bu mənafe ətrafı hissləridir layiqli vətəndaşları ruh verib õlkəsinə bağlayan. Bu mənafelərdi, vətən dõvlət təəssübü yaradan.
Təəssüflü haldır ki, bu gün, bəzi deputatlarımız, diplomat, səfirlər və hakimiyyətin qatlarında da yer tutmuş bəzi şəxslər, bəzi hallarda unudurlar milli və dõvlət mənafelərini. Bu gün bizə yõnəli mõvqeyni tutaq ki, dəyişib dostluq, əməkdaşlıq yolu tutan õlkəni milli-dõvlət mənafemizdən də və Türkiyədən də üstün tuturlar, õz çıxışlarında.

Birisi, dõvlət adamı õlkənin strateji maraqlarını, inkišafını gõstərən məqalə yazır. Azərbaycanın inkişafını dost, əməkdaş bildiyi õlkə ilə bağlayır və yazısında hərdən də Türkiyəni onun bõyrünə qatır "yolüstü". Niyə axı? Hətta, bərabər tutmaq belə doğru deyil, dost-əməkdaş õlkə ilə qardaş, Türkiyəni, xüsusən, milli inkişaf konsepsiyamız məsələsində. Nədir bu, qat-qarışdırıb, yarınma?

Biriləri, dost-əməkdaş õlkənin media məkanına yõnlü müsahibədə milli-dõvlət mənafemizi tam unudub, Qarabağ kimi ciddi həssas məsələdəki qardaş Türkiyə rolunu aşağılayır. Birisi hətta ən açıq formada bildirir ki, Türkiyənin Qarabağdakı monitorinq rolunu sülhməramlılara nəzarət kimi desəydim, çıxışımı tamam verməzdilər.. Türkiyə bizim milli-dõvlət mənafeyimiz qədər qardaşdır, sən bu mənafeni qəlbində əsas tut de, qoy tam verməyib də kəssinlər! Onsuz da deyirsən ki, bu 10 dəqiqəlik çıxışını da kəsib, 1 dəqiqə yarımını veriblər, o 1 dəqiqə yarım nə verdi, nəyə lazımdı ki, bu? Bəs səni Dumada çıxışa dəvət etsələr nə günə salarsan milli-dõvlət mənafemizi, yarınıb?!

Milli mənafelə bərabər, dõvlət hakimiyyətinin üç qolunun hər bir üzvünün birbaş borcudur, dõvlət mənafeyini də qoruyub üstün tutsun. Türkiyə də bizim, milli və dõvlətçilik mənafe qardaşımızdır!

Bu gün, Türkiyə həm, bizim təhlükəsizliyimizdir!

Fikir verdinizmi, məlum Razılaşma Bəyanatının video təsdiqli imzalanma gecəsi bizim dõvlətin başçısi Ìlham Əliyev Rusiyanın dõvlət başçısı V. Putinə Türkiyənin də, Qarabağ münaqişəsi həlli tənzimində yer alma şərtini, qəti olaraq bildirdi!

Qardaşımız Türkiyə Azərbaycana gəlib, gələcək. Türkiyə Ordusu 100 il əvvəlki kimi Azərbaycana gəlib, gələcək.. Azərbaycan-Türkiyə birliyi əbədi, sarsılmazdır. Bu neçə illər dõvlətimizin və onun rəhbərliyinin tutduğu milli mənafe yolu bizi təbii olaraq türk birliyinə aparıb, tənhalıqdan çıxartdı! Və zaman sübut etdi: Gücümüz Birliyimizdədir!!

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş