Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xəyal Bəşirov: "Ayrı-ayrı rayonlarımıza rəhbərlik etmək səlahiyyəti verilmiş şəxslərin həbs edilməsi çox utancvericidir”.



Newscenter.az.7.12.2020. “Cəlilabad rayonunun İcra hakimiyyətinin başçısı Namiq Zeynalovun hüquq nühafizə orqanları tərəfindən saxlanıldığı deyilir. Əslində bir tərəfdən ölkədə korrupsiya və qanunsuzluqlarla mübarizənin aparıldığı sevindirici haldır. Ancaq digər tərəfdən də, yüksək postları tutan, xüsusilə də ayrı-ayrı rayonlarımıza rəhbərlik etmək səlahiyyəti verilmiş şəxslərin həbs edilməsi çox utancvericidir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Xəyal Bəşirov səsləndirib. O, qeyd edib ki, icra hakimiyyəti başçısının hərəkəti etimadı doğrultmamaq və xəyanətdir:

“Bir rayona rəhbərlik etmək, həmin rayonda dövlətin başçısını təmsil etmək vəzifəsi sənə etibar olunsun və insanlara xidmət etməli və nümunə olmalı olduğun halda özün göstərilən etimada və etibara xəyanət edəsən. Xüsusilə də dövlətin müharibə şəraitində olduğu, azğın və işğalçı düşmənə qarşı gərgin döyüşlər apardığı, minlərlə şəhid verdiyi bir şəraitdə sən də möhtəkirlik etməyində davam edəsən. Onu da deyim ki, bu adam 2018-ci ildən Cəlilabad rayonuna rəhbərlik edirdi. Bəzən məmurların uzun illər ərzində vəzifə sahibi olmalarını onların qanunsuzluq etmələrinin səbəbi və arqumenti hesab edirlər. Ancaq məlum olur ki, insanın qanunsuzluq etməsi onun təbiətindən və genindən asılıdır. Kimisi bu təbiətini iki ilə bəlli edir, kimisi də 20 ilə”.

Xəyal Bəşirov deyib ki, Cəlilabad rayonu onlarla şəhid verdiyi halda rayona rəhbərlik edən şəxsin korrupsiya və qanunsuzluqla məşğul olması ən ağır cinayətdir.
Xəbəri paylaş