Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Matviyenkonun mövqeyi Azərbaycanın maraqları ilə toqquşur



Newscenter.az.26.12.2020. "Sputnik Armeniya" saytına açıqlama verdiyi iddia olunan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko "Status üçün ayrıca danışıqlar olmalıdır. Çox mürəkkəb müzakirələr qabaqdadır. ATƏT, ABŞ və Fransanın dəstəyinə ümid edirik" kimi 10 noyabr Bəyanatının prinsiplərinə tamamilə zidd olan fikirləri həqiqətən də dilə gətiribsə, biz buna yalnız və yalnız təəssüf edirik və bunu təxribatçı fikir kimi qiymətləndiririk. Bu ya "Sputnik Armeniya"nın təxribatıdır, yadaki Rusiya Federasiya Şurasının sədrinin özünün açıq mövqeyidir. Bəlkə də bu açıqlama məqsədyönlü şəkildə verilib.

Nəzərə almalıyıq ki, Matviyenko heç də sıradan bir şəxs deyil. O, Kreml rəhbərliyinin ən yaxın çevrəsinə daxildir və kifayət qədər məlumatlıdır. Yəni ki, Matviyenkonun mövqeyi əslində Kremlin mövqeyi kimi də qəbul edilə bilər. Bu mənada, ola bilsin ki, Matviyenkonun bu çıxışı status məsələsində Fransa və ABŞ-a da yer vermək və Minsk Qrupunu yenidən prosesə qoşmaq niyyətlərindən irəli gəlir. Lakin bu niyyət Azərbaycanın maraqları ilə toqquşur. Rəsmi Bakı status məsələsini ABŞ və Fransa ilə, eləcə də digər ölkələrlə müzakirə etmək fikrində deyil. Çünki bu məsələ Azərbaycan üçün qapanıb. Prezident İlham Əliyev statusla bağlı dəfələrlə öz mövqeyini bildirib: Qarabağda status ola bilməz. Hər kəs də Azərbaycanın bu mövqeyinə hörmətlə yanaşmalıdır. İndi heç kim qaşınmayan yerdən, qan çıxarmağa cəhd göstərməməlidir. Əksinə, hər kəs konstruktivlik nümayiş etdirməyə çalışmalıdır.

Əlisahib Hüseynov -
Milli Həmrəylik Partiyasının (MHP) sədri
Xəbəri paylaş