Newscenter.az.2.01.2021. Azərbaycanda dövlətin dəstəyi ilə tətbiq edilən yeni aqrar sığorta mexanizmi çərçivəsində kənd təsərrüfatı heyvanlarının sığortası davam edir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondundan verilən məlumata görə, noyabrın 3-də kənd təsərrüfatı heyvanlarının sığortası üzrə ilk müqavilədən sonra fermerlərin fonda müraciətləri başlayıb.
Xatırladaq ki, yeni sığorta mexanizmi vasitəsilə 1-7 yaşlı südlük inək və camışları sığortalamaq mümkündür. Aqrar sığortanın əhatə etdiyi digər sahələrdə olduğu kimi, heyvanların sığortasında da hesablanmış sığorta haqqının yarısını dövlət ödəyir.
Qaydalara əsasən, sığortalanan heyvanlar peyvəndlənməli, birkalanmalı, Elektron Kənd Təsərrüfatğı İnformasiya Sistemində (EKTİS) qeydiyyata alınmalı, qapalı yerdə saxlanılmalı və saxlandığı yer Nazirlər Kabinetinin təsdiqlədiyi «Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması Qaydaları»na uyğun olmalı, heyvanlara qarşı baytarlıq tədbirləri və onların qidalanması qaydalara uyğun təmin edilməlidir.