Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DTX xüsusi əməliyyat keçirərək Aratunyanı həbs etməlidir

DTX xüsusi əməliyyat keçirərək Aratunyanı həbs etməlidir


Newscenter.az.2.01.2021. Bu günlərdə separatçı Araik Aratunyanın sosial şəbəkədə paylaşdığı video Azərbaycan cəmiyyətində yenidən haqlı narahatlıq vvə narazılıq yaradıb. Belə ki, videoda səngərləri gəzən separatçı Aratunyan mövqeləri möhkəmləndirdiklərini deyir.

Newscenter.az-ın xəbərinə görə, məsləyə münasibət bildirən beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva issə hesab edir ki, Araik Aratunyanın paylaşdığı video kohnə videodur və həmin oktyabr ayında bir dəfə paylaşılıb:

“Videoya baxanda da bu aydın olur. Avtomobil keçən yolun sağı və solu yaşıllıqdır. Videonu paylaşmaqda məqsədi isə bir neçə gün öncə Vitali Balasanyanın səsləndirdiyi fikirlərə cavabdır və bu videoya əlavə edilən şərhdən aydın olur”.

Yeganə Hacıyeva deyib ki, video və mesaj Azərbaycan üçün deyil:

“Araikin Vitali Balasanyanın ordu quruculuğu ilə məşğul olacam fikirlərinə cavabıdır ki, özüm edirəm. Amma Araik də, onun sələfi adlandırılan, Xocalı qətliamında şəxsən iştirak etmiş Vitali Balasanyan da həbs edilməlidir. Özü də sülhməramlılar tərəfindən yox, Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti xüsusi əməliyyat keçirməklə Xankəndinin mərkəzində onu həbs etməlidir. O zaman digərlərinə də dərs olacaq ki, harda, kimin arxasında gizlənməsindən asılı olmayaraq istənilən vaxt Bakı onları həbs edəcək”.

Mehman
Xəbəri paylaş