Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ötən il 3 048 tələbə köçürülüb



Newscenter.az.2.01.2021. Ötən il Azərbaycanda tələbələrin köçürülməsinin nəticələri məlum olub.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, 2020-ci ildə tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi həyata keçirilib.

Bildirilib ki, transfer.edu.az portalı vasitəsilə ali təhsil üzrə 2 625, orta ixtisas təhsili üzrə 423 nəfər olmaqla 3 048 tələbənin müraciəti təmin olunub.
Xəbəri paylaş