Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səhvən taxılmış bir maska, xeyirdən daha çox zərər verə bilər!



Newscenter.az.2.01.2021. Tibbi maskadan necə düzgün istifadə etmək barədə müxtəlif fikirlər səsləndirilir, fərqli yanaşmalar ortaya qoyulur.

Newscenter.az xəbər verir ki, qida təhlükəsizliyi üzrə ekspert Məhsəti Hüseynova tibbi maskadan necə düzgün istifadə edilməsi ilə bağlı fikirlərini bölüşüb. Ekspertin həmin fikirlərini oxucularımıza təqdim edirik:

Ağ tərəf üzünüzə toxunursa, başqalarını özünüzdən qorumaq istədiyiniz deməkdir (mikroblarınızın başqalarına keçməsinin qarşısını alın).

Ağ tərəf çölə dönərsə, özünüzü başqalarından qorumaq istəyirsiniz (çöldən gələn mikroblar bədəninizə girməsin).

Sadəcə olaraq, ağ tərəf içəriyə çevrilirsə, o zaman xəstəsiniz və başqalarına yoluxmaq istəmirsiniz. Çöldə olsanız, sağlamsınız və özünüzü xarici bakteriya və yaralardan qorumaq istəyirsiniz.

Mavi və ya rəngli tərəf ağız və burnu yad mayelərdən qoruyur (məs. Tüpürcək damcıları).

Ağ tərəf isə nəfəs aldığınız zaman mikroblara qarşı bir maneə rolunu oynayan bir filtrdir.

Bu səbəbdən maskada həmişə rəngli tərəfi kənarda olmalıdır.

Hər kəsə maskasız günlərimizə geri dönməyi arzu edirəm.
Xəbəri paylaş