Newscenter.az.2.01.2021. Türkiyənin İzmir vilayətində zəlzələ baş verib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.
Qeyd edilir ki, yeraltı təkanlar Urla rayonunda yerli vaxtla saat 05:25-də 4 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 6,84 kilometr dərinlikdə, yeraltı təkanların episentri Urladan 19,49 kilometr məsafədə yerləşib.
Dağıntı və ya tələfat barədə məlumat yoxdur.