Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jalə Əhmədova: "İnsanlığa, bəşəriyyətə qarşı törədilmiş Xocalı faciəsi dünya tarixində görünməmiş bir genosid aktıdır"



Newscenter.az.26.02.2021
. XX əsrin ən ağır faciəsi, Xocalı soyqırımından 29 il ötür... O qanlı gecənin dəhşətlərini, əzizlərinin və yaxınlarının işgəncə ilə qətlə yetirilməsini, təhqirlərə məruz qalmasını ürək ağrısı ilə xatırlayan xocalıların kədərli xatirələrinə bu gün bir sevinc, qürur hissi qarışıb. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun erməni işğalında olan torpaqlarımızı azad etməsi, məcburi köçkünlərimizin​ torpaq yanğısına, torpaq həsrətinə son qoyub. Bu gün onlar torpaqlarının işğaldan azad edilməsinin sevincini yaşayır, doğma dədə-baba yurdlarına dönəcəkləri günü gözləyirlər.

Ermənilərin törətdiyi Xocalı soyqırımına əsl siyasi-hüquqi qiyməti ulu öndərimiz Heydər Əliyev verib.
Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyev Xocalı faciəsi haqqında belə demişdi: “Bütövlükdə Azərbaycan xalqına qarşı​ yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik​ aktıdır. Bu soyqırım, eyni zamanda bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi bir cinayətdir.”

Ermənistanın hərbi birləşmələri tərəfindən 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə törədilmiş Xocalı soyqırımı xüsusi amansızlıqla, ağlasığmaz vəhşiliklə həyata keçirilib. Soyqırım zamanı 613 nəfər ödürülüb, 1000 nəfərə yaxın dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca vəhşicəsinə qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər uşaq isə valideyinlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb və onların 150-sinin taleyi indiyədək məlum deyil.
İnsanlığa, bəşəriyyətə qarşı törədilmiş Xocalı faciəsi dünya tarixində görünməmiş bir genosid aktıdır.​ Bütün dünya ölkələri bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı həyata keçirilib və soyqırımın günahkarları beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş