Newscenter.az.2.04.2021. 5 saylı Bakı, həmçinin İmişli və Sabirabad “ASAN xidmət” mərkəzlərinin təşəbbüsü, “Birgə və Sağlam” İctimai Birliyinin tərəfdaşlığı ilə 2 aprel Beynəlxalq Autizm Məlumatlandırma Günü ilə əlaqədar tədbir təşkil olunub.
Newscenter.az-a Agentlikdən bildirilib ki, tədbir çərçivəsində autizmli şəxslərlə birgə bərabər müxtəlif oyunlar oynanılıb, xor oxunulub, əyləncəli vaxt keçirilib.
Həmçinin vətəndaşlar arasında sorğu keçirilib, məlumatlandırma işləri aparılıb.
Sevinc