Newscenter.az.2.04.2021. “Bu ilin 3 ayı ərzində 465 əlillik təyinatı ləğv edilib”.
Newscenter.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov “Sosial saat”da deyib.
Onun sözlərinə görə, ləğvetmə qərarlarının əksəriyyəti inteqrasiya nəticəsində qəbul edilib: “Pandemiya dövründə vətəndaşların çoxu dəvət edilə bilmir. Öncədən məktub yazılmaqla bu təyinatlar ləğv edilib”.