Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Jalə Əhmədova: "Mehriban xanım Əliyevanın autizmli insanlara qarşı diqqət və qayğısı sonsuzdur"



Newscenter.az.2.04.2021. 2007-ci ildən etibarən Birləşmiş Millətlər Təşkilatının qərarı ilə 2 aprel tarixi Dünya Autizm Günü kimi qeyd olunur.​ XXI əsrin ən qlobal problemlərindən hesab edilən autizmdən dünya əhalisinin təxminən 70 milyonu əziyyət çəkir.​ Autizm, üç yaşından əvvəl başlayan və ömür boyu davam edən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verməklə məhdud və təkrarlanan davranışlara gətirib çıxaran, beynin​ inkişafına maneə törədən bir xəstəlikdir.

Autizm sindromlu uşaqların​ və bu qəbildən olan insanların hüquqlarının müdafiəsi və reabilitasiyası ilə bağlı məsələlər dövlətimiz tərəfindən xüsusi olaraq diqqətdə saxlanılır, onların hüquqlarının təmin edilməsi istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir.

Bu sahədə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ən modern reabilitasiya mərkəzlərinin yaradılmasını, həmin mərkəzlərin beynəlxalq standartlara uyğun avadanlıqlarla təmin olunmasını xüsusi qeyd edərdim. ​

Mehriban xanım Əliyevanın autizmli insanlara qarşı diqqət və qayğısı sonsuzdur. Ölkəmizin Birinci vitse-prezidenti mütəmadi olaraq autizm sindromlu uşaqlar üçün reabilitasiya mərkəzlərini ziyarət​ edir, uşaqlarla görüşərək onlarla ünsiyyət qurur, onların yaşayış şəraiti, göstərilən sosial və reabilitasiya xidmətləri ilə tanış​ olur. Mehriban xanım Əliyeva tərəfindən göstərilən bu qayğı, təbii olaraq autizm sindromlu uşaqların cəmiyyətdən təcrid edilmədiyini, əksinə onların gələcəyinin dövlətimizin daim diqqət mərkəzində olduğunu göstərir. Bu, həm də autizm sindromlu uşaqlarının gələcəyi üçün narahatçılıq keçirən valideynlərin inam və ümidlərinin artırılması deməkdir.​

Yetişməkdə olan nəslin sağlamlığını, intellektual və fiziki inkişafını daim diqqət mərkəzində saxlayan, xeyirxahlığı ilə bütün Azərbaycan xalqının sevgisini qazanan Mehriban xanım Əliyevanın bu sahədəki fəaliyyətini yüksək dəyərləndirir, ölkəmizin Birinci vitse-prezidentinə dərin təşəkkürlərimi bildirirəm.​ ​

“Gənc nəslə qayğı göstərmək, onların problemlərini həll etmək, istedad və qabiliyyətlərini üzə çıxararaq inkişaf etdirmək tək dövlətin və ya hansısa qurumun vəzifəsi deyildir. Bu, bizim hər birimizi hər gün narahat etməli olan məsələyə, gündəlik fəaliyyətimizin bir hissəsinə çevrilməlidir” – deyən Mehriban xanım Əliyevaya fəaliyyətində yeni-yeni uğurlar arzu edirəm.

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş